Gənclər arasında intellekt yarışı keçirilib

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin 2 Fevral – Gənclər Günü ilə bağlı hazırladığı tədbirlər planına uyğun olaraq “Gənclər həftəsi” çərçivəsində intellektual yarışma keçirilib. İlham Əliyev adına Olimpiya İdman Kompleksində təşkil olunan “Nə? Harada? Nə zaman?” İntellektual Oyununda 7 komanda iştirak edib. Rəqiblərindən üstün oyun nümayiş etdirən “Tornado” komandası yarışın qalibi olub. Komanda üzvlərinə diplom və hədiyyələr təqdim olunub.

Qeyd edək ki, “Gənclər həftəsi” çərçivəsində yanvarın 31-i mükafatlandırma mərasimi keçiriləcək, müxtəlif sahələrdə fərqlənən gənclər nazirlik tərəfindən təltif olunacaqlar.